Yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb - FOTO


20:23     02 Aprel 2021 2021/04/936107_1617380757.jpg

Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.

Yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.

Açar sözlər:

Oxunub: 581