Aprelin 5-dək ictimai nəqliyyat işləməyəcək


00:16     03 Aprel 2021 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg

Bu gündən aprelin 5-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar olaraq 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Açar sözlər:

Oxunub: 602