Bakıda toyda iştirak edən 63 nəfər saxlanıldı
09:33 03 Aprel 2021

Paytaxtın Xətai rayonunda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib. Rayon ərazisində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin sahibi Əhməd Əmiraslanovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.
Polislər tərəfindən obyektin sahibi, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha diqqətə çatdırılıb.
Ümumilikdə toyda iştirak edən 63 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Toy sahibləri, mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində Xətai RPİ 36-cı Polis Bölməsində araşdırmalar aparılır.
Oxunub: 181
Oxşar xəbərlər
- Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilib
- Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb - HADİSƏ ANI
- Bakıda tanışının evinə girib atəş açan saxlanıldı - FOTO
- Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı
- Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı - VİDEO
- Bakıda üzərinə qapı düşən körpə ölüb
- Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
- Bakıda gəmi yanıb
- Bakıda Türk Şurasının işçi qrupunun iclası keçirilir
- Bakıda universitet müəllimi onlayn dərs zamanı öldü