Yeni Türkiyə səfirindən ilk açıqlama
10:22 03 Aprel 2021

"Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum".
Bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.
“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezidentimizə təşəkkürlərimi bildirirəm”, - səfir bildirib.
Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:
“Əsaslı dostluq və qardaşlıq ruhu, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.
Xatırladaq ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.
Oxunub: 240
Oxşar xəbərlər
- Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO
- Yeni Zelandiya güclü zəlzələ olub
- Yeni Zelandiya sahillərində güclü zəlzələ olub
- Yeni təyin olunan hakimlər and içdilər
- Yeni Füzuli-Şuşa avtomobil yolunun tikintisinin bir hissəsi başa çatıb
- Yeni nazir Rəşad Nəbiyev kimdir? - DOSYE
- Yenilənmiş 1, 5 və 50 manatlar tədavülə buraxılır
- Yeni yaradılan müəssisə və təşkilatların sayı açıqlandı
- Yeni ilin ilk günü küçələrdə 9 koronavirus xəstəsi tapıldı
- Yeni yolda ödənişlər avtomobilə görə fərqlənəcək