Dövlət Agentliyi azad olunan ərazilərdə fəaliyyətə başlayır
10:37 03 Aprel 2021
Energetika Nazirliyinin “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filiallarının əsasnamələrinin təsdiq edilməsi barədə” əmrində dəyişikliklər edilib.
Bu barədə Agentliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni əmrə əsasən, Agentliyin (AERA) Gəncə, Mingəçevir və İmişli filiallarının əsasnamələrində dəyişiklik edilərək onların fəaliyyət əraziləri genişləndirilib.
Əsasnamələrə edilmiş dəyişikliklərdə məqsəd 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə enerji məsələlərinin tənzimlənməsi və bununla əlaqədar AERA-nın filiallarının funksionallığının yeni fəaliyyət əraziləri nəzərə alınmaqla təkmilləşdirilməsidir.
Dəyişikliklərə əsasən, Agentliyin Gəncə filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Kəlbəcər rayonu, Mingəçevir filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Ağdam rayonu, İmişli filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Şuşa şəhəri, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxil edilib.
Dəyişikliklər nəticəsində işğaldan azad edilmiş bütün ərazilərdə AERA-nın səmərəli fəaliyyəti təmin ediləcək, o cümlədən energetika sahəsində dövlət nəzarəti müvafiq filiallar vasitəsi ilə həyata keçiriləcək.
Oxunub: 459
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib