Bir gündə 52 sərxoş sürücü saxlanıldı
12:40 03 Aprel 2021

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, ötən gün yol hərəkəti qaydalarını pozan ümumilikdə 3223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.
Oxunub: 250
Oxşar xəbərlər
- Bir gündə 2002 nəfər koronavirusdan sağalıb
- Bir gündə 15 koronavirus xəstəsi saxlanıldı
- Bir gündə 7 koronavirus xəstəsi saxlanıldı
- Bir gündə 32 nəfər vəfat etdi - Azərbaycanda koronavirus statistikası
- Bir ayda Azərbaycanda 10 min 812 körpə doğulub
- Bir neçə obyekt cərimələnib - TAM SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib - VİDEO
- Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı
- Bir qrup qadına fəxri adlar verilib - SİYAHI
- Bir sənədin notarial təsdiqinin qiyməti səhifəsindən asılı olmayaraq 3 manatdır