Vətəndaş cəmiyyətinin nümayəndələri Tərtər və Ağdamda olublar


13:22     03 Aprel 2021 Agdam-nagorno-karabakh-3.jpg

Beynəlxalq mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyyətinə yardım günü ilə bağlı müharibədən zərərçəkmiş regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri Tərtər və Ağdam rayonlarında olublar.


Femida.az xəbər verir ki, onlar müəyyən ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirici lövhələrin basdırılması işlərini həyata keçirir.

Həmçinin minadan zərərçəkənlərlə görüşüb müzakirələrin aparılması, icmalarda görüşlərin aparılması, xüsusilə mina sahələrinə yaxın ərazilərdə yaşayan insanlarla görüşlərin keçirilməsi istiqamətində fəaliyyətlər yerinə yetirilir.

Fəaliyyət çərçivəsində Beynəlxalq Avasiya Fondu, Minalardan Zərərçəkənlər Assosiasiyası, Dayaq Qeyri-Hökumət Təşkilatı, Minalardan Zərərçəkənlərə yardım İctimai Birliyi, Azərbaycan Minalar Əleyhinə Kompaniya nümayəndələri iştirak ediblər.

QHT nümayəndələri bu fəaliyyəti sabah Füzuli rayonu istiqamətində davam etdirəcəklər.

Açar sözlər:

Oxunub: 370