Bakıda soyğunçuluq - Qadının 7 min manat pulu ələ keçirilib


13:48     03 Aprel 2021 qizil1.jpg

Bakıda evdə soyğunçuluq hadisəsi olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də Bakı şəhər sakini A.Güvəndikova Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edib, cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7 000 manat dəyərində qızıl əşyaların F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.

Açar sözlər:

Oxunub: 368