Polkovnik: “Əlilik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətində deyil”
16:05 03 Aprel 2021
“Əlilik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətində deyil”.
Femida.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.
“Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Qazilərimiz ora müraciət etməzdən öncə onların şəhadətləndirilməsi lazımdır. Bu MN-nin Mərkəzi Həkim Komissiyasında şəhadətləndirilir. Şəhadətnamə alandan sonra Forma-88 sistemə daxil edilir. Ondan sonra əlilik məsələlərinə ƏƏSMN-də baxılır”, - o, əlavə edib.
Oxunub: 455
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"