Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib
19:12 03 Aprel 2021
Aprelin 3-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qaradağlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.
RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Oxunub: 405
Oxşar xəbərlər
- Goranboyda ağır yol qəzasında iki nəfər ölüb
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
- Goranboyda avtomobillər toqquşub, ölən var
- Goranboyda silah-sursat aşkarlanıb
- Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Goranboyda avtomobil aşıb, sürücü ölüb
- Goranboyda direktoru iş otağında qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Goranboyda 37 yaşlı qadın qətlə yetirilib
- Goranboyda avtomobil ustası bıçaqlanıb