Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib
19:21 03 Aprel 2021

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrdə komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatlarının planlaşdırılması hərbi qərar qəbuletmə prosedurlarına uyğun olaraq keçirilib.
Praktiki fəaliyyətlərə cəlb edilmiş tabor taktiki qurupunun bölmələri şərti düşmənin həmləsini dəf edərək onun canlı qüvvəsinə, zirehli texnikasına atəş zərbələri endirməklə hücum edən bölmələr üçün əlverişli şərait yaradıblar.
Təliminin sonuncu mərhələsi qəbul edilmiş qərarların, aparılmış hesabatların reallığının, bölmə komandirləri tərəfindən fəaliyyətlərin Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib. Kompüterlər vasitəsilə bölmə komandirləri ərazinin relyefindən istifadə etməklə düşmənə yaxınlaşma, manevr bölmələrinin atəş təminatı və yaranmış taktiki şəraitdə çevik qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.
Təlimin sonunda fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub və qarşıya qoyulmuş məqsədlərə n
ail olunduğu vurğulanıb.
Oxunub: 187
Oxşar xəbərlər
- Naxçıvanski liseyinin 50 illiyi qeyd ediləcək - SƏRƏNCAM
- Naxçıvan Qarnizonu Qoşunlarında növbəti məşğələlər keçirilib
- Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb
- Naxçıvanda tələbə yataqxanaları üçün QİYMƏTLƏR - 80 MANAT...
- Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib
- Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib
- Naxçıvanda Ahıllar Evində vaksinasiya aparılıb - FOTO
- Naxçıvan əhalisinin sayı artıb
- Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib - RƏSMİ
- Naxçıvanda bir sıra qadınlar təltif edildi