Bu maskaların istifadəsi qadağan edildi


21:28     03 Aprel 2021 21_04_03_1617470276.jpg

Kanadada qrafen (karbonun pətək formasında birləşərək əmələ gətirdiyi təbəqə) yaradan maskaların istifadəsi qadağan edilib.
Femida.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kanada Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu maskalar sağlamlığı təhlükə altına atdığından onların istehsalı və ixracatı tamamilə dayandırılıb.

Maskalar üzərində aparılan ilkin araşdırmalar zamanı, qrafen hissəciklərinin ağciyərlərdə toksiki təsir yaratdığı aşkar edilib. Nanotexnologiya vasitəsilə istehsal edilən bu maskalar daha çox Kanada və Hindistanda istifadə edilir.

Açar sözlər:

Oxunub: 419