DSX Azərbaycan sərhədini pozan şəxsi zərərsizləşdirdi


10:28     04 Aprel 2021 21_04_04_1617519540.jpg


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, bu gün saat 6:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunmuş­dur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mışdır. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbay­can Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilmiş və onlardan biri yaralanmışdır. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keç­mişdir.

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilmiş və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunmuşdur.

Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.

Femida.az

Açar sözlər: #DSX   #sərhəd  

Oxunub: 437