100 minə yaxın azərbaycanlının “Facebook”da şəxsi məlumatları oğurlanıb


11:07     04 Aprel 2021 21_04_04_1617520060.jpg

“Facebook” sosial şəbəkəsində 533 milyon istifadəçinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.

Femida.az xəbər verir ki, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 ölkəsini əhatə edir. Onların arasında Azərbaycandan olan istifadəçilər də var.
Belə ki, Azərbaycandan olan 99 472 istifadəçinin şəxsi məlumatları oğurlanıb. Eyni zamanda, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları ələ keçirilərək satışa çıxarılıb.

Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrələri, e-mail ünvanları və digər informasiyalar yer alır.

Femida.az

Açar sözlər:

Oxunub: 3872