Gömrük rəisi maşında rüşvət alarkən tutuldu - VİDEO


11:39     04 Aprel 2021 21_04_04_1617522016.jpg

Dövlət Gömrük Komitəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Femida.az xəbər verir ki, bu barədə İTV-nin “Qanundan kənar” verilişində bildirilib.

Qeyd olunub ki, C.Babayev daşıma fəaliyyəti ilə məşğul olan MMC-lərə məxsus məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu alarkən iş başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq, C.Babayevə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, həmçinin 2 müddətinə dövlət və yerli özünəidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib.



Femida.az

Açar sözlər: #gömrük   #rəis   #rüşvət  

Oxunub: 1163