Bolqarıstanda parlament seçkiləri keçirilir


14:18     04 Aprel 2021 2021/04/1617525580519_hVGGpWk6_1617531604.jpeg

Bu gün Bolqarıstanda 45-ci çağırış Milli Məclisə seçki keçirilir.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, saat 7-də ölkə üzrə 12 minə yaxın seçki məntəqəsi açılıb.

Parlament seçkilərində 22 partiya və 8 seçki koalisiyası iştirak edir, 240 deputat mandatı uğrunda 6 895 namizəd mübarizə aparır.

Seçkinin qeyri-rəsmi nəticələri saat 20.00-da – seçki məntəqələri bağlandıqdan sonra məlum olacaq. Seçkinin yekun nəticələrinin 3.4 gün sonra açıqlanması gözlənilir.

Səsvermə koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə gözlənilməklə təşkil olunur. Seçki məntəqələrinə daxil olan zaman tibbi maskadan istifadə məcburidir. Simptomları olan vətəndaşlar seçki məntəqələrinə buraxılmır.

Femida.az

Açar sözlər:

Oxunub: 438