Hikmət Hacıyev: Ermənistanın basdırdığı minalar azad edilmiş ərazilərdə inkişafa mane olur


14:23     04 Aprel 2021 2020/10/hikmethaciyev-558x403_349_1601558365.png

“Birləşmiş Millətlər Təşkilatı 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir”.


Femida.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

“Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur”, - deyə Hikmət Hacıyev əlavə edib.

Açar sözlər:

Oxunub: 358