Sabah Bakıda bir neçə marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək


18:03     04 Aprel 2021 yanvar-ayinda-61-sayli-marsrut-xttin-yeni-avtobuslar-cixarilacaqc88ab3d062f561559682.jpg

Aprelin 5-də təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmirlə bağlı M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib:

- M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

- 11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə; hərəkəti müyyən edilmişdir.

- 104 nömrəli müntəzəm marşrutu isə “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

Açar sözlər:

Oxunub: 160