Samur-Abşeron kanalına maşın düşüb, sürücü son anda xilas edilib - FOTO


18:10     04 Aprel 2021 21_04_04_1617545528.jpg

Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, iki "Vaz 2106" markalı maşın toqquşub.

Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 372