Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ
18:58 04 Aprel 2021

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 15-20 dərəcə isti olacaq.
Gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
Oxunub: 211
Oxşar xəbərlər
- Hava şəraitinin pisləşməsi ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib
- Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Hava XƏBƏRDARLIĞI - Qar yağacaq, yollar buz bağlayacaq
- Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
- Hava limanı yolunda qəza tıxaca səbəb oldu
- Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib
- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Hava limanı - 28 May marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişib
- Hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq edildi
- Hava daşımalarına dair yeni prosedur müəyyənləşib