Hakerlər “Facebook”un qurucusunun da şəxsi məlumatlarını oğurlayıb
20:14 04 Aprel 2021
Hakerlərin “Facebook”da şəxsi məlumatlarını oğurladığı istifadəçilər arasında “Facebook”un qurucusu Mark Zukerberq də var.
APA-nın xəbərinə görə, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
“Facebook”da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.
“Twitter” istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşıb.
Qeyd edək ki, “Facebook”un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir. Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.
Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.
Xatırladaq ki, “Facebook” şirkəti və eyni adlı sosial şəbəkənin əsası 2004-cü M. Zukerberq tərəfindən qoyulub. Şirkətin baş ofisi Kaliforniyada yerləşir. “Facebook” şirkəti həm də “WhatsApp,” “Messenger” və “Instagram”ın sahibidir
Oxunub: 348
Oxşar xəbərlər
- ABŞ rusiyalı hakerlər haqqında məlumat qarşılığında 10 milyon dollar təklif edir
- Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb
- Azərbaycanlı hakerlər Ermənistan hökumətinin 1 milyon dollarlıq sənədlərini internetə sızdırdı
- Azərbaycanlı hakerlər 90-dək erməni saytını dağıdıblar
- Azərbaycanlı hakerlər Paşinyanın rəsmi saytını dağıtdı
- Hakerlər məktəb sənədlərin oğurladı
- DTX təhlükəli hakerləri həbs etdi - SON DƏQİQƏ
- Azərbaycanlı hakerlər erməni qızın səhifəsini ələ keçirdi - VİDEO
- Hakerlərin hansı sahələrə daha çox hücum etdikləri müəyyənləşdi
- Hakerlər iri şirkətləri iflic etdi