Piyadanı vuran sürücü nə etməli? - Hüquqi yardım


13:58     26 Dekabr 2015 qadınn0.jpg



Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə araşdırdığımız mövzu yol- nəqliyyat hadisəsi ilə bağlıdır.Mövzu ilə bağlı suallarımızı vəkil Asif Abdullayev cavablandırıb.

Sual: “Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsə münasibətdə sürücü hansı vəzifələri icra etməlidir?”




Vəkil Asif Abdullayev:
“ Həm piyadalar, həm də sürücülər mümkün qədər diqqətli və qanun çərçivəsində hərəkət etməlidilər ki, yol-nəqliyyat hadisələri baş verməsin.
İstər piyadaların, istərsə də sürücülərin vəzifələri Yol Hərəkəti Haqqında qanunla tənzimlənir. Yol Hərəkəti Haqqında qanunun 37-ci maddəsinin IV hissəsinə əsasən, yol nəqliyyat hadisəsi baş verdikdə, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Qanunda həmçinin sürücünün öz şəxsiyyəti barədə müvafiq orqana məlumat vermək vəzifəsi də nəzərdə tutulub.
Göründüyü kimi, hadisə baş verdikdə sürücünün ilk və əsas vəzifələrindən biri, zərərçəkən şəxsə tibbi yardım göstərilməsini təşkil etmək üçün bütün zəruri addımların atılmasından ibarətdir. Sürücünün növbəti vəzifəsi isə özü barədə məlumat verməkdir. Sürücü öz şəxsiyyəti barədə xəsarət alan şəxsə bu və ya digər yolla məlumat verməli və yaxud digər vasitələrlə özünü bəlli etməlidir.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5330