Myanmada toqquşmalarda öldürülənlərin sayı 564 nəfərə çatdı


21:02     04 Aprel 2021 21_04_04_1617555809.jpg

Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 564 nəfərə çatıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının saytındakı xəbərdə deyilir.

"Aprelin 4-ə olan məlumata əsasən çevriliş nəticəsində 564 insan öldürülüb", - məlumatda deyilir. Assosiasiyanın məlumatına görə, hazırda 2 667 nəfər həbsdə saxlanılır, 38 insan həbs cəzasına məhkum edilib.

Cümə günü "The Irrawaddy" qəzeti “Save the Children” beynəlxalq xeyriyyəçilik fonduna istinadən bildirib ki, Myanmada həddi-buluğa çatmamış 43 nəfər polisin hərəkətləri və hərbçilərin dövlət əleyhinə nümayişləri dağıtması zamanı həlak olub.

Açar sözlər:

Oxunub: 382