Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
09:11 05 Aprel 2021

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri distant təhsilə keçir.
Femida.az -ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin qərarında bildirilib.
Qeyd edilib ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunub.
Oxunub: 194
Oxşar xəbərlər
- Bu kafelər cərimələndi - SİYAHI
- Bu tarixlərdə əcnəbilər Azərbaycana gələ biləcəklər - SƏRƏNCAM
- Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir
- Bu il yol qəzalarında ölənlərin sayı AÇIQLANDI: 125 ölü, 370 yaralı
- Bu kafelər cərimələnib - TAM SİYAHI
- Bu günki küləyin vurduğu fəsadlar - FOTOLAR
- Bu gündən bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb
- Bu ərazilərdə bağçalar da bağlanır
- Bu şəxslər 2024-cü ilə kimi icbari tibbi sığortadan pulsuz istifadə edəcəklər
- Bu il mal ticarətinin həcmi xeyli artacaq