Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyənləşib
10:16 05 Aprel 2021

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini Əlvanə Məmmədovaya koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Ə.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Oxunub: 162
Oxşar xəbərlər
- Bərdədə yas mərasimləri aşkar edilib
- Bərdədə kafedə nişan məclisi təşkil edənlər aşkarlandı
- Bərdədə ağır yol qəzası: 2 ölü, 3 yaralı
- Bərdədə əməliyyat keçirilib, vəzifəli şəxs həbs edilib
- Bərdədə soyğunçuluq edən şəxslər tutulub
- Bərdədə qardaş bacısını qətlə yetirib
- Bərdədə tikilən Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq edilib
- Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb
- Bərdədə avtomobillər piyadaları vuraraq öldürüb
- Bərdədə gənc qadın qohumunu öldürüb