Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
10:35 05 Aprel 2021
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini Arifə Tahirovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.
A.Tahirova barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 320
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb