Sabirabadda yasda iştirak edən 8 nəfər cərimələndi


10:51     05 Aprel 2021 yas_cadiri_789.jpg

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Qaraqaşlı kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, bu sahədə mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 142