Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub


10:55     05 Aprel 2021 minaa.jpg

Ermənistanın mina xəritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur.

Femida.az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

ANAMA rəsmisi bildirib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb.

S.Poladov, həmçinin qeyd edib ki, həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 271