Azərbaycanda 27 nəfərə ölümündən sonra da pensiya verilib


11:24     05 Aprel 2021 2021/04/pensiya_ess_1617607932.jpg


Azərbaycanda 27 nəfərin pensiya hesabına vəfat etdiyi tarixdən sonrakı dövrlərdə də pensiya ödənişi davam edildiyi aşkar olunub.

Femida.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, ümumilikdə vətəndaşlara 282 308,34 manat artıq pensiya ödənildiyi müəyyən edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər: #pensiya   #qanun   #Azərbaycan   #ölüm  

Oxunub: 657