Koronavirus xəstəsi çayxanada tutuldu


11:32     05 Aprel 2021 2021/04/606ab82d2d294606ab82d2d2951617606701606ab82d2d292606ab82d2d293_1617607969.jpg

Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olması müəyyən edib. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.

Fakla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 182