Xınayaxdıya gələnlər cərimələndilər


11:34     05 Aprel 2021 2021/04/download_1617608115.jpg

Lənkəranda xınayaxdı mərasimi keçirənlər cərimələnib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Xarxatan kənd sakini M.Dadaşovun karantin rejiminin qaydalarını pozaraq qızına xınayaxdı məclisi təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydalarını izah ediblər.

3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 228


Oxşar xəbərlər