Ən çox maliyyə nöqsanına yol verən dövlət qurumlarının siyahısı AÇIQLANDI
11:41 05 Aprel 2021
Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.
Femida.az-ın xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.
Nöqsan hallarının sayına görə ikinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal) gəlir. Üçüncü yerdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) qərarlaşıb.
Bildirilib ki, ötən il başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.
Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb
- “Xəngəland” restoranında nöqsanlar aşkarlanıb
- Bakıda kolbasa və sosiska istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
- Gəncədə restoranda nöqsanlar aşkarlanıb
- Bakıda çörək sexində nöqsanlar aşkarlanıb
- Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı
- Yevlaxda çörək sexində nöqsanlar aşkarlanıb
- Bu yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlandı - Video
- Şəkidə qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
- Tərtərdə bazarda nöqsanlar aşkarlanıb