Hikmət Hacıyev minalanmış ərazilərdən yazdı


11:40     05 Aprel 2021 hikmet%20h.jpg

“Ermənistan tərəfindən yerləşdirilən minalar mülki əhalinin təhlükəsizliyi üçün təhdid yaradır”.

Femida.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

“2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4 aprel tarixini Beynəlxalq Minalardan Xəbərdarlıq Günü və Minalardan Əməliyyata Kömək Günü elan edib. Ermənistan tərəfindən yerləşdirilən minalar həm mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhdid yaradır, həm də azad edilmiş torpaqlarda sosial və iqtisadi inkişafa mane olur”,- deyə H.Hacıyev qeyd edib.

Açar sözlər:

Oxunub: 144