AMEA-da yeni baş direktor onlayn seçildi


11:51     05 Aprel 2021 amea_042.jpg

Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib.

Akademiyadan Femida.az-a verilən məlumata görə, R.Əliquliyev bu vəzifəyə onlayn seçkilər nəticəsində seçilib.

Qeyd edək ki, R.Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib, 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub.

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

Açar sözlər:

Oxunub: 421