SOCAR “Qazprom”la nəyi müzakirə etdi?


14:41     26 Dekabr 2015 socar_logo_new_20091458.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Qazprom”la təbii qaz sahəsində əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib.


Femida.az-ın “Qazprom”un saytına istinadən verdiyi xəbərə görə, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller dekabrın 25-də Sankt-Peterburqda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb. Tərəflər görüşdə təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər. Xüsusilə isə Rusiya qazının Azərbaycana idxalı məsələsi nəzərdən keçirilib.

Açar sözlər:

Oxunub: 1079