Polis əməliyyat keçirdi - Saxta pullar ələ keçirildi


12:19     05 Aprel 2021 21_04_05_1617610781.jpg


Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gələn şəxslərin alış-veriş edib, 1 ədəd 100 dollarlıq saxta əskinas verməsini bildirib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri - Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri - E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.

Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Femida.az

Açar sözlər: #Qusar   #polis   #əməliyyat   #saxta   #pul  

Oxunub: 423