"YAŞAT" Fondu daha 19 şəhid ailəsinin kreditini bağladı


13:14     05 Aprel 2021 2021/01/yasat_fond_1610616928.png


Mart ayının 29 mart -2 aprel tarixlərində 99 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 223 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 19 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb və 2 şəhid və qazi ailəsinin təhsil xərcləri ödənilib.

Qeyd olunub ki, daha 16 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 53 şəxsin tibb xərclərinin ödənilməsi və 4 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Açar sözlər: #YAŞAT   #Fond  

Oxunub: 508