ASAN könüllüləri “Qarabağ inciləri”ni təqdim edirlər


14:00     05 Aprel 2021 21_04_05_1617611682.jpg


“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə əməkdaşlığı ilə “Qarabağ inciləri” layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, layihənin əsas məqsədi Qarabağın qədim tarixi abidələri, memarlığı haqqında maarifləndirmə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına vasitəçi olmaqdır.

Layihənin əsas təbliğatı “ASAN Könüllüləri” Təşkilatının sosial şəbəkələrdəki rəsmi hesablarında həyata keçirilib. İlk növbədə layihə haqqında xüsusi posterlər vasitəsilə geniş məlumat paylaşılıb. Sonra mütəmadi olaraq müəyyən qrafikə əsasən videoçarxlar paylaşılıb.

Lahiyə çərçivəsində bu günə qədər Azərbaycan dili və 4 xarici dildə hazırlanmış Qarabağın 10 əsrarəngiz rayonunun: “Qarabağın muğam ocağı - Ağdam”, “Qarabağın ibadətgahı - Füzuli”, “Qarabağın qızıl sərvəti - Kəlbəcər”, “Qaçaq Nəbinin yadigarı - Qubadlı”, “Könüllülərin körpüsü - Cəbrayıl”, “İlk insan yurdu - Xocavənd”, “Ruhumuzun qanadı - Laçın”, “Başı çinardan uca - Zəngilan”, “Tarixin qanlı səhifələrinin şahidi - Xocalı”, “Qarabağ xanlarının məskəni - Xankəndi” ərazilərində yerləşən qədim, tarixi memarlıq abidələri haqqında videoçarxlar paylaşılıb.

Bu gün isə Azərbaycanın dilbər güşələrindən olan, Xan Şuşinskinin səsini qoynunda saxlayan, şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa şəhəri haqqında hazırlanmış videoçarx təqdim edilib.

Femida.az

Açar sözlər: #ASAN   #Könüllülər  

Oxunub: 400