AMEA-da ciddi nöqsanlar aşkarlandı - Baş Prokurorluq işə qarışacaq
12:39 05 Aprel 2021
Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) nöqsanlarla bağlı marerialları Baş Prokurorluğa təqdim edib.
Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- AMEA məlumat yayıb
- AMEA-da təcili iclas keçirilir, PA rəsmisi də iştirak edir
- AMEA-nın keçmiş prezidenti vəfat edib
- AMEA-nın İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm"
- AMEA-nın 41 yaşlı əməkdaşı qəfildən vəfat edib
- AMEA-nın strukturuna dəyişikliklər ediləcək
- AMEA fəlsəfə doktoru dərəcəsi almaq üçün qoyulan tələblərin bəzilərinin ləğv edilməsini istəyir
- AMEA-nın Ümumi Yığıncağı keçirilib, Ramiz Mehdiyevin istefası qəbul olunub
- AMEA prezidentinin səlahiyyətlərinin icrası Arif Həşimova həvalə olunub
- AMEA-nın professoru vəfat edib