Prezidentin vəzifə verdiyi Zaur Mikayılov kimdir? - DOSYE


12:52     05 Aprel 2021 21_04_05_1617612805.jpg

Meliorasiya və Su Təsərrüfatının yeni sədri BRAVO-nun rəhbəri olub.




Prezident İlham Əliyevinin imzaladığı sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilən Mikayılov Zaur Rauf oğlu ölkəmizin aparıcı supermarketlərindən biri olan BRAVO-nin rəhbəri olub. BRAVO supermarketlərinin sahibi kimi "Azərbaycan Supermarket” MMC göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 2 min manat təşkil edən "Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur.


"Azərbaycan Supermarket” MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında "Paşa İnşaat”, "Paşa Technology”, "Paşa Sığorta” kimi şirkətlərin də olduğu qeyd olunub.


Zaur Mikayılov "Agro Supply” MMC-nin də qanuni təmsilçisidir. Onun nizamnamə kapitalı 100 min manatdır.Şirkət ötən il "PAŞA Holdinq” tərəfindən yaradılıb.



Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub və "Port Baku Towers"in baş direktoru olub.

2001-2009-cu illər ərzində isə "Bakcell" MMC-də baş kommersiya inzabatçısı kimi çalışıb.

Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Açar sözlər:

Oxunub: 517