“Qaçqınkom”dakı pozuntular aşkarlanıb - Baş Prokurorluq araşdıracaq
13:52 05 Aprel 2021
Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) aparılan yoxlamaların nəticələri ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Femida.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
Pozuntu komitəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrədir.
Qeyd edək ki, “Hesablama Palatası haqqında” Qanunu ilə cinayət tərkibi ehtimal olunan hər bir nəzarət tədbiri üzrə materialların Baş Prokurorluğa göndərilməsi ilə bağlı tələb təsbit edilib.
Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- "Qaçqınkom" sədri Almaniya səfiri ilə məcburi köçkünlərin qayıdışını müzakirə edib
- "Qaçqınkom"da bir neçə şöbə ləğv edilib, yeni şöbələr yaradılıb
- "Qaçqınkom": Füzulidə tikilən evlər məcburi köçkünlərə veriləcək
- "Qaçqınkom": Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
- "Qaçqınkom" şəhid ailələrinə təqim olunması üçün 4 700 mənzili nazirliyə verdi
- "Qaçqınkom": Köçkünlərin limit üzrə borcları tam ödəniliR
- "Qaçqınkom": Məcburi köçkünlərin qayıdışı ilə bağlı proqram hazırlanır
- "Qaçqınkom"a 42,5 milyon manat ayrıldı
- " Qaçqınkom ": "Yayılan məlumatlar qərəzlidir"
- "Qaçqınkom": Nöqsanların aradan qaldırılması məqsədi ilə tədbirlər davam etdirilir