Vaksin vurdurmaq orucu pozurmu? - AÇIQLAMA
16:14 05 Aprel 2021
“Bu il Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Hazırda ölkə vətəndaşları arasında da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi aparılır. Hər kəsi maraqlandıran bir sual var ki, peyvənd vurdurmaq orucu poza bilərmi? Qeyd edim ki, peyvənd istifadəsi orucu pozmur”.
Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.
QMİ nümayəndəsi qeyd edib ki, orucu yalnız qidanı əvəz edən iynələr poza bilər:
“Əgər hər hansı iynə qidanı əvəz etmirsə, bu, orucun pozulmasına səbəb olmur. Özüm də ötən gün COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurdum. Səhhətimdə heç bir problem müşahidə olunmadı və mənfi təsir olmadı. Onu da vurğulayım ki, vaksinin birinci dozasını vurduranda təsadüfən oruc idim. Ramazan ayında da vaksindən istifadə oruca təsir etmir və hər hansı mənfi tərəfi yoxdur”.
Qeyd edək ki, Ramazan ayının ilk günü aprelin 14-dür. Mayın 13-14-ü ölkədə Ramazan bayramıdır.
Oxunub: 531
Oxşar xəbərlər
- Vaksin pasportu olmayan latviyalılar alış-veriş edə bilməyəcək
- Vaksin pasportu olmayanların cinayət işinə videokonfransla baxılacaq
- Vaksinin üçüncü dozası bu şəxslərə vurulacaq - RƏSMİ
- Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür- TƏBİB
- Vaksinasiya ilə bağlı əks-göstəriş sertifikatı kimlərə veriləcək?
- Vaksinasiya olunmayan təhsil işçilərinin sayı açıqlanıb
- Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO
- Vaksinasiyada saxtakarlıq edən kişi həbs edildi - Tibb bacıları cərimələndi
- Vaksinasiya ilə bağlı Azərbaycanda SON STATİSTİKA
- Vaksinlərin alınmasına 46 milyon manat xərclənib