Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb
16:21 05 Aprel 2021
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə hərəkətdə olarkən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb.
B.Mürsəliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 331
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib