Yaponiya səfiri Ağdamda yeni bağçanın açılışında iştirak edib


19:08     05 Aprel 2021 2021/04/trend_bagca_050421_03_1617626981.jpg

Ağdam rayon Paşabəyli kənd uşaq bağçasının yeni binası istifadəyə verilib.

Müəssisənin açılışında Ağdam rayon icra hakimiyyətinin başçısı, Yaponiyanın Azərbaycandakı səfiri iştirak edib.

Tədbirdə iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi bildirib ki, Yaponiya hökumətinin həyata keçirdiyi proqram çərçivəsində yeni bağça inşa edildi:

“İşıqlı, təmiz təhlükəsiz bağçada vaxtını keçirdən şən uşaqların simasını gördüyüm üçün çox şad oldum. Bundan sonra da Paşabəyli kəndinin uşaqları bu bağçadan istifadə edərək öz vaxtlarını daha da şən keçirməsini arzulayıram.”

Vadan Cüniçi, Yaponiya hökumətinin bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab vermək, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcəyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 517