Mədəniyyət Nazirliyi Rəmişin vəfatı ilə bağlı nekroloq yayıb
18:18 05 Aprel 2021
Mədəniyyət Nazirliyi Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun ölümü ilə bağlı nekroloq yayıb.
Femida.az -ın məlumatına görə nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış musiqiçi, Xalq artisti Rafiq (Rəmiş) Hüseyn oğlu Hüseynov 2021-ci il aprelin 5-də, ömrünün 77-ci ilində vəfat edib.
Rafiq Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.
Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib.
Azərbaycan ifaçılıq sənəti sahəsindəki xidmətlərinə görə Rafiq Hüseynov 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Geniş tamaşaçı sevgisi qazanmış sənətkar, Xalq artisti Rafiq Hüseyn oğlu Hüseynovun xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!”.
Oxunub: 569
Oxşar xəbərlər
- Mədəniyyət naziri Kəlbəcərə nümayəndə təyin edib
- Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib
- Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq
- Mədəniyyət naziri David Zalkaliani ilə görüşüb
- Mədəniyyət naziri azad edilən ərazilərdə həyata keçirilən işlərdən danışıb
- Mədəniyyət naziri koronavirusa yoluxub
- Mədəniyyət naziri Türkiyədə səfərdədir
- Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
- Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib