Azərbaycanda bu qanun qüvvədən düşüb
17:11 05 Aprel 2021

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun bu gündən qüvvədən düşüb.
Femida.az xəbər verir ki, bununla da, “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minib.
Bununla belə, əvvəlki qanundan fərqli olaraq yenilənmiş qanunda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) çatdırırılıb, sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə, notariusların depozit hesablarındakı fiziki şəxslərə məxsus pul vəsaitləri isə tam məbləğdə sığortalanıb.
Xatırladaq ki, Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanunu 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edib. Məqsəd Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. 2019-cu il martın 4-də qanunun qüvvədə olma müddəti 1 il, ötən il martın 13-də daha 9 ay, ötən il dekabrın 18-də isə daha 4 ay uzadılıb.
Femida.az
Oxunub: 668
Oxşar xəbərlər
- Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlanıb
- Milli Məclis “Prokurorluq haqqında” qanuna dəyişiklikləri I oxunuşda qəbul edib
- Tibb Universitetində qanunsuz xərclər aşkarlanıb - 400 min manatdan çox vəsait...
- AQTA: Qanunsuz fəaliyyət göstərən restoranın fəaliyyəti məhdudlaşdırılıb
- Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi - Övladlığagötürmə asanlaşdı
- Mingəçevirdə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı
- “Media haqqında” qanun layihəsi üzərində iş yekunlaşır
- Qanunsuz əməllər törədən vəzifəli şəxslər barədə cinayət işi məhkəməyə göndərilib
- Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - VİDEO
- Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb