Hulusi Akar Montrö sazişi ilə bağlı bəyanata münasibət bildirib
17:14 05 Aprel 2021
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Güler ehtiyatda olan bir qrup zabitlə görüşüb.
Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, “Montrö Boğazları Sazişi” ilə əlaqədar 100-dən çox istefada olan yüksək rütbəli hərbçinin imzaladığı bəyanata münasibət bildirən H. Akar deyib ki, bəyanat demokratiyaya zərər verməkdən başqa bir işə yaramır.
“Bəyanatın demokratiyaya zərər verməkdən, şəxsi heyətin əhval-ruhiyyəsinə neqativ təsir göstərməkdən və düşmənlərimizi sevindirməkdən başqa bir işə yaramadığı aşkardır”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək hüququ verir. 103 istefada olan hərbçinin yaydığı bəyanatda “Montrö sazişi”nin pozulması təhlükəsi ilə əlaqədar etiraz əksini tapıb.
Xatırladaq ki, “Montrö Boğazları Sazişi” ilə əlaqədar bəyanata imza atan təqaüddə olan 14 admiral hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlar barəsində Ankara Prokurorluğunda araşdırma aparılır. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər isə polis nəzarətinə verilib. Admirallar zor tətbiq etməklə konstitusiyanı quruluşunu dəyişməkdə ittiham olunurlar.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
- Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Hulusi Akar Azərbaycana satılan silahlardan danışıb
- Hulusi Akar Yunanıstana xəbərdarlıq edib
- Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışğı olub
- Hulusi Akar azərbaycanlı şəhiddən danışarkən kövrəldi - VİDEO
- Hulusi Akar Azərbaycan sülhməramlılarına təşəkkür edib
- Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib
- Hulusi Kılıç İlham Əliyevin “CNN Türk”ə müsahibəsini dəyərləndirdi
- Hulusi Akar Türkiyə-İran sərhədinə gedib