DİN peyvənd olunmayanların cərimələnməsi barədə məlumatlara münasibət bildirib
17:21 05 Aprel 2021

Daxili İşlər Nazirliyi (DİN) vaksinasiya olunmayan şəxslərin cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan məlumatlar əsasızdır: “Vaksinasiya vətəndaşlara könüllü şəkildə vurulur. İnzibati Xətalar Məcəlləsində vaksinasiya olunmayan şəxslərin cərimə edilməsi ilə bağlı hüquqi norma yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda vaksinasiya olunmayan şəxslərin 40 manat miqdarında cərimə olunması ilə bağlı məlumatlar yayılıb.
Oxunub: 209
Oxşar xəbərlər
- Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək
- Dini təhsilin təşkil edilməsi qaydası müəyyənləşir
- Din xadimləri Ağdamda Şəhidlər xiyabanını ziyarət edib
- DİN-dən vətəndaşın polisdə döyülməsi ilə bağlı AÇIQLAMA
- DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA
- DİN adı “Qırmızı Kitab”a düşən quşları ovlayanlara xəbərdarlıq edib
- DİN əməkdaşlarına vaksinin ikinci dozasının vurulmasına başlanılıb
- DİN Abşeronda Fransa vətəndaşının ölümü ilə bağlı məlumat yaydı
- DİN Qazaxdakı dava ilə bağlı açıqlama yaydı
- DİN AXCP-nin sədr müavininin saxlanılmasına aydınlıq gətirib