Narkotacir 2,5 kq heroinlə tutuldu


17:52     05 Aprel 2021 2018/02/polis_yeni_1518511611.jpg

Paytaxt sakinindən üç kiloqrama yaxın narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan 2 kiloqram 540 qram heroin və metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqatlar davam etdirilir.

Açar sözlər:

Oxunub: 392