Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ


19:41     05 Aprel 2021 2021/02/prok_esasbina_1612782443.jpg


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.


Femida.az xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-ın sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Femida.az

Açar sözlər: #MTN   #başprokurorluq   #general   #həbs  

Oxunub: 1000